Paşinyan: "Ağrıdağdan "imtina" Ankaranın tələbi deyil" | VİDEO

      Paşinyan:    "Ağrıdağdan "imtina" Ankaranın tələbi deyil" |  VİDEO
  18 Sentyabr 2025    Oxunub:709
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin viza möhürləri üzərindən Ağrıdağ dağının təsvirinin yığışdırılmasına münasibət bildirib.
O bu barədə hökumətin iclasının yekununda jurnalistlərə açıqlamasında danışıb. Diqqətə çatdırıb ki, belə addım Türkiyənin xüsusi nümayəndəsinin İrəvana səfəri ilə əlaqəli deyil.

"Yeni viza möhürlərinin çapı məsələsi hələ bir neçə ay qabaq gündəmə gəlmişdi. Onda Türkiyə nümayəndəsinin ölkəmizə səfəri hələ plandada yox idi. Ermənistanla Türkiyə arasında hər hansı danışıqlarda bu məsələ üzrə müzakirə aparılmayıb, aparıla da bilməz", – Nikol Paşinyan deyib.
Paşinyan: "Dəhlizdən silah nəqli də mümkündür"

Məlumat üçün bildirək ki, Ağrıdağ dağı, 100 ildən artıq müddətdir, iki ölkə arasında mübahisə obyektidir. Ermənistan mətbuatının xəbərinə əsasən, noyabrın 1-dən etibarən bu dağın təsviri viza möhürlərində artıq öz əksini tapmayacaq. Hökumətin qərarı sosial şəbəkə istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb. Onlar belə bir addımın məhz Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Qılıcın ötən günlərdə İrəvana səfəri fonunda atıldığını bildiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Türkiyə   Ağrıdağ   möhür  



Xəbər lenti